Antarktidada güclü sel nəticəsində 1550 kvadrat kilometrlik buz kütləsinin qopduğu açıqlanıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Britaniyanın qütb tədqiqat institutu British Antarctic Survey (BAS) hadisənin bazar günü baş verdiyini və Antarktidanın istiləşmə təhlükəsi ilə üzləşməsinə baxmayaraq, bunun iqlim dəyişikliyi ilə bağlı olmadığını açıqlayıb.


Qeyd edək ki, 2017-ci ildə buz təbəqəsindən qopan aysberq 2021-ci ildə 4000 kilometr şimala doğru tamamilə ərimişdi.