Almaniyanın DPA xəbər agentliyinin xəbərinə görə, şirkətin işçi şurası iki iclasda ixtisarlar barədə işçiləri məlumatlandırıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, baş ofisi ABŞ-da olan avtomobil istehsalçısı Ford-un elektriklə işləyən avtomobillər üçün akkumulyator xərclərinin artması və ABŞ və Avropa iqtisadiyyatlarında gözlənilən durğunluğun təsiri ilə Almaniyanın Köln şəhərindəki fabrikində 3200 işçini işdən çıxaracağı bildirilir.


Avropadakı fabriklərində restrukturizasiya prosesini idarə edən Ford, keçən il ABŞ və Hindistanda fabriklərin elektrikli avtomobil istehsalı üçün uyğunlaşdırıldığı üçün bir neçə min insanın işdən çıxarılacağını açıqlamışdı.