Yaponiyada 2022-ci ildə ölkədə doğulanların sayı ilk dəfə olaraq 800 mindən aşağı düşüb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2022-ci ilin əvvəlinə təxminən 124,77 milyonluq Yaponiya əhalisinin 29 faizi 65 və daha yuxarı yaşdadır; 11,6 faizi isə 0-14 yaş arasıdır.
Yapon cəmiyyətində "yaşlı" olaraq təyin olunan 65 və yuxarı yaşda olan əhali dünyada birinci yerdədir. İkinci yerdə 24,1 faizlə İtaliya, üçüncü yerdə isə 23,3 faizlə Finlandiya qərarlaşıb.