Sony şirkəti CES 2023 sərgisində yeni elektrik avtomobilini təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Honda ilə birlikdə hazırlanan avtomobil 2026-cı ildə istifadəyə veriləcək. Yeni avtomobillə Sony-nin özünün geniş video oyununa və digər abunə xidmətlərinə daxil olmaq mümkün olacaq.


Qeyd edək ki, Honda ilə ortaqlıqdan əvvəl avtomobil sənayesinə girməyi planlaşdıran Sony, 2020-ci ildə Vision S konseptini təqdim etmişdi.