ABŞ-ın hərbi texnika ixracı 2022-ci maliyyə ilində təxminən 49 faiz artaraq 205,6 milyard dollara çatıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti 2022-ci maliyyə ili üçün silah transferləri və müdafiə ticarəti ilə bağlı məlumatları açıqlayıb. Müvafiq olaraq, 2022-ci maliyyə ilində ABŞ şirkətləri tərəfindən hərbi texnikanın birbaşa satışı 48,6 faiz artaraq 153,7 milyard dollara çatıb.


Eyni dövrdə ABŞ hökuməti vasitəsilə hərbi texnikanın satışı əvvəlki maliyyə ili ilə müqayisədə 49,1 faiz artaraq 51,9 milyard dollara çatıb.