Microsoft korporasiyası bu gün Windows 8 əməliyyat sisteminin və Windows Store kataloqundakı əlavələrin ilk satışları barədə məlumat dərc edib. Bloqdakı bu məlumat korporasiyanın baş marketoloqu Tami Reller tərəfindən yerləşdirilib.  




O bildirib ki, satışların başladığı gün şirkət yeni əməliyyat sisteminin 1 milyondan çox surətini satıb. Qeyd edək ki, Windows 8 bazara oktyabrın 26-da çıxarılıb. T.Reller qeyd edir ki, 40 milyon surət yalnız yeni surətlərin satış həcmidir, daha 4 milyondan çox lisenziya yenilənmə kimi satılıb. 



Məlumatda yer alan daha bir mövzu Windows 8-in işə salınması ilə eyni vaxtda açılan Windows Store kataloqunun işi olub. Baş marketoloqun sözlərinə görə, əməliyyat sisteminin işə salındığı gündən hazırkı vaxtadək Windows Store-da əlavələrin sayı iki dəfə artıb. Bununla yanaşı qeyd edilməlidir ki, proqramların sayının iki dəfə artırılması təsir bağışlayan göstəricidir, lakin yaddan çıxarmaq olmaz ki, Windows Store əvvəlcə az sayda proqramla işə başlayıb ki, onların da sayını iki dəfə artırmaq o qədər də çətin deyil.  


 


T.Reller vurğulayır ki, bir sıra tərtibatçılar artıq öz istehsalları olan proqramların satışlarından 25 min dollardan çox qazanc əldə ediblər. Windows Store-da bir əlavənin qiyməti 1,49 dollar təşkil edir. 
Microsoft-un məlumatına görə, hazırda Windows 8 özündən əvvəl çıxan Windows 7 əməliyyat sistemini ilk aylar ərzində yenilənmələrin sayının artım tempinə görə ötür.