Rusiya Mərkəzi Bankı ölkədəki bank sektorunun geniş sanksiyalara baxmayaraq 2022-ci ili 203 milyard rubl mənfəətlə bağladığını bildirib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankının dərc etdiyi “Bank sektorunun inkişafının qiymətləndirilməsi” adlı hesabatda Rusiya bank sektorunun 2022-ci ilin ilk yarısında 1,4 trilyon rubl itirdiyi diqqətə çatdırılıb.
Keçən ilin ikinci yarısında sektorun toparlandığına dair məlumatların yer aldığı hesabatda Rusiya bank sektorunun 2022-ci ili 203 milyard rubl mənfəətlə bağladığı qeyd edilib.
Hesabatda ölkədəki bəzi bankların 2022-ci ili əhəmiyyətli zərərlə bağladığı, mənfəət əldə edən bankların nisbətinin isə 77 faiz səviyyəsində olduğu bildirilib.
Rusiyanın bank sektoru 2021-ci ildə 2,4 trilyon rubl mənfəət əldə edib.
Qərb ölkələri Rusiya bank sektorunun qlobal maliyyə sisteminə çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla yanaşı, ölkədəki bir çox bankı da SWIFT sistemindən çıxarıblar.