Arbitraj məhkəməsi Kanadanın BlackBerry qurğuları istehsalçısı Research In Motion (RIM) korporasiyası ilə patent mübahisəsində Finlandiyanın Nokia şirkətinin xeyrinə qərar çıxarıb.  




Belə ki, Nokia rəqibini mobil rabitə sahəsi üzrə işləmələrə dair 2003-cü ildə imzalanan lisenziya sazişini pozmaqda ittiham edir. Finlandiya şirkətinin nümayəndələrinin sözlərinə görə, saziş Wi-Fi texnologiyasına aid olmadığı halda RIM ondan istehsal etdiyi smartfonlarda istifadə edir.  


 


Məhkəmə qərar çıxarıb ki, RIM patentləşdirilmiş işləmələrin tətbiq oluduğu qurğuların satışına başlamazdan əvvəl Nokia ilə mübahisəli məsələni yoluna qoymalı idi. İndi iddiaçı BlackBerry smartfonlarının ABŞ, Kanada və Böyük Britaniyada satışının qadağan olunmasını tələb edir. RIM-in dünya sazişi naminə Nokia-nın xeyrinə əlavə lisenziya ödənişləri etməyə razılıq verməsinə məcbur olacağı istisna edilmir.  


 


Qeyd edək ki, Nokia ilə mübahisə onsuz da çətin günlər yaşayan Kanada istehsalçısının biznesinə mənfi təsir göstərə bilər. Şirkət ötənilki maliyyə rübünü 235 milyon dollarlıq itki ilə başa vurub. Hesabat dövrü ərzində 7,4 milyon ədəd BlackBerry smartfonu satılıb ki, bu da tədarük həcminin 10,6 milyon ədədə bərabər olduğu ötən illə müqayisədə təxminən üçdə bir dəfə azdır.



BlackBerry PlayBook planşet kompüterlərinin satışı isə 200 mindən 130 min ədədədək azalıb.


 


RIM BlackBerry 10 gələcək nəsil proqram platformasının idarəetməsi ilə işləyən smartfonlar buraxıldıqdan sonra vəziyyətin yoluna düşəcəyinə ümid edir. Bu qurğuların anonsu gələn ilin yanvar ayının 30-na nəzərdə tutulur.