Roll Call adlı funksiyanın nə vaxt təqdim olunacağı hələ məlum deyil.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki,Meta, Messenger proqramında Roll Call adlı yeni BeReal-a bənzər funksiyanı sınaqdan keçirməyə başlayıb.
Hələ istifadəçilərə təqdim edilməyən və test prosesi şirkət daxilində davam edən Roll Call xüsusiyyəti sosial media mütəxəssisi Matt Navarra tərəfindən diqqət çəkib. Navarranın paylaşdığı məlumatlara baxıldığında, Messenger istifadəçilərinin Roll Call xüsusiyyəti ilə o an etdikləri ilə bağlı anlıq video və ya fotoşəkilləri paylaşmalarının istəndiyi görülür.
İstifadəçilərin günün müəyyən saatlarında fotoşəkilləri paylaşmağa təşviq edildiyi BeReal-dan fərqli olaraq, Messenger qrup çatında Roll Call altında təkrar zəng edilən zaman iştirakçıların cavab vermək üçün beş dəqiqəsi var. Məsələn, iştirakçı qrupun hazırda nə yediyi ilə maraqlandıqda, o, zəng edir və qrup bu zəngə anlıq görüntülər və ya videolarla cavab verə bilər. Başqalarının paylaşımlarına baxmaq üçün sorğuda iştirak etmək lazımdır.
Qeyd edək ki, Meta-nın Roll Call funksiyasını nə vaxt istifadəyə verəcəyi hələ məlum deyil. Digər tərəfdən, şirkətin keçən ilin oktyabrında Instagram DM-lərində oxşar sorğu funksiyasını sınadığı məlum olub.