Yaponiyanın “TOTO” şirkətinin 2013-cü ilin fevralında satışa çıxaracağı yeni “Air-In Shower” duşu xüsusi konstruksiyaya malik başlıqdan istifadə edilməsi sayəsində 35 faizədək suya qənaət etməyə imkan verəcək. Həm də duş qəbul edən insan su çatışmazlığı hiss etməyəcək.
Duşdan tökülən suyu hava vasitəsilə hopduran xüsusi mexanizm suya qənaət edilməsinə imkan yaradır. Şlanqa və qoşma/söndürmə düyməsinə malik “Air-In Shower” duşu satışa 170 dollar qiymətinə çıxarılacaq.
