"YouTube" videohostinqi 2012-ci ilin yekunu haqqında məlumat verib. Birinci yerdə cənubi koreyalı reperin "Gangnam Style" klipi qərarlaşıb. Bu klip cari ildə baxışların sayına görə beynəlxalq top 10-luqda lider olub. İkinci yerdə "Somebody That I Used to Know" klipi, üçüncüdə isə Uqandada baş vermiş münaqişənin bitməsi üçün 30 dəqiqəlik "Kony 2012" filmi qərarlaşıb.
Videohostinqin bloqunda qeyd edilmiş məlumata əsasən, istifadəçilər ay ərzində 4 milyard saatdan çox videoya baxıblar.