Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 37 milyard 871,1 milyon manat təşkil edib.


Facemark.az “Report”a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 % çoxdur.


Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 14 % artaraq 3 735 manata çatıb.