Qlobal veb-analitika ilə məşğul olan “Net Applications” şirkətinin son tədqiqatlarına əsasən, stolüstü kompüterlər üçün nəzərdə tutulmuş brauzerlərin bazarında Chrome dayanıqlı mövqeyə malikdir. Hətta bu brauzer bəzi regionlarda cəmi 4 il əvvəl meydana çıxmasına baxmayaraq, liderliyə nail olub. Mobil seqmentdə Chrome-un bazar payı Android İnternet-nəhənginin şəxsi platforması hesabına tədricən artmaqdadır. 

Chrome-un iOS üçün nəzərdə tutulmuş variantı 2012-ci ildə istifadəyə verilib və yarım il ərzində rəqib brauzerlər arasında onun payı yalnız 0,01%-ə çatıb. Noyabr ayında Android mühitində Chrome-dan istifadə 4,03% ilə ölçülürdü ki, bu da mobil brauzerlər bazarının 1,14%-ni təşkil edir.