Meta-nın sahibi Mark Zukerberq, Instagram-dakı Meta kanalındakı bir yazı ilə fərqli dillərdə danışan insanların daha effektiv ünsiyyət qurmasına imkan verən yeni multimodal süni intellekt modelini işə saldıqlarını açıqladı.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Seamless M4T adlı bu süni intellekt modelinin Facebook, Instagram, WhatsApp, Messenger və Threads-ə inteqrasiya ediləcəyi qeyd edilib. Mark Zukerberq, Meta-nın Instagram kanalında yayımlanan elanla süni intellekt dil modeli olan Seamless M4T-ni təqdim edəcəklərini açıqladı.
Seamless M4T sayəsində indi fərqli dillərdə danışan insanlar üçün ünsiyyət qurmaq daha asan olacaq.100-ə qədər müxtəlif dildə nitqdən mətnə, mətndən səsə, nitqdən səsə və ya mətndən mətnə tərcümə.
Seamless M4T-nin Meta çətiri altında Facebook, Instagram, WhatsApp, Messenger və Threads platformalarına da inteqrasiya ediləcəyi açıqlanıb.