YouTube komandası yeni funksiya üzərində işləyir. Bu yeni funksiya YouTube-u Shazam kimi səsli axtarış üçün istifadə etməyə imkan verəcək. İstifadəçi ən azı 3 saniyə zümzümə edərək axtardığı mahnını anında tapa biləcək.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Dünyanın ən məşhur onlayn video tətbiqi YouTube-a yeni və təsirli bir funksiyanın gəldiyi ortaya çıxıb. Hazırda sınaq mərhələsində olan funksiya sizə Shazam kimi YouTube-dan istifadə etməyə imkan verəcək.
Bir müddət çox məşhur olan Shazam, dinlədiyiniz melodiyalara hansı mahnının aid olduğunu öyrənməyə imkan verir. YouTube-un sınaqdakı yeni funksiyası məhz bunu edəcək. İstifadəçi YouTube tətbiqi vasitəsilə mahnı zümzümə etdikdə və ya mənbəyə qulaq asdıqda, o mahnının nə olduğunu saniyələr ərzində öyrənə biləcək.
Əldə edilən məlumata görə, YouTube tətbiqinə əlavə olunacaq mahnı tapmaq xüsusiyyəti çox sadə şəkildə istifadə edilə bilər. Tətbiqdə axtarış düyməsinə toxunan istifadəçi ikinci mərhələdə səsli axtarış seçiminə toxunacaq. Burada istifadəçiyə “yeni mahnıları axtarmaq” seçimi təqdim olunacaq. Bu seçim YouTube-u Shazam-a çevirəcək. Mahnını ən azı 3 saniyə zümzümə etmək və ya başqa mənbədən oxutmaq mahnının YouTube bazasında axtarılması üçün kifayət edəcək.
YouTube-un sınaq mərhələsində olan xüsusiyyəti hazırda çox məhdud ərazidə mövcuddur. Hələlik yalnız Android ekosistemində sınaqdan keçirilə bilən xüsusiyyətin yaxın gələcəkdə iOS ekosisteminə də gəlməsi gözlənilir. Xüsusiyyətin bütün istifadəçilər üçün nə vaxt olacağı hələlik böyük bir sirr olaraq qalır.