Dünya uzunömürlüləri — Dünya ölkələri arasında ən uzun ömür sürən qadınlar Honqkonqda yaşayırlar. Bu ölkədə qadınların orta ömrü 87 ildir. Qadınlar arasında orta ömür uzunluğuna görə sonrakı yerləri 86 illə Yaponiya və San Marino tutur. Fransa, İtaliya, İspaniya və İsveçrədə qadınlar orta hesabla 85 il, Avstraliya, Avstriya, İslandiya, İsrail, Cənubi Koreya, Lüksemburq, Malta, Norveç, Portuqaliya, Sinqapur və İsveçdə 84 il, Belçika, Kanada, Almaniya, Yunanıstan, İrlandiya, Hollandiya, Yeni Zelandiya və Sloveniyada 83 il yaşayırlar.
Kişilərin orta ömrü qadınlara nisbətən 5–6 il qısadır. İsveçrə və İslandiyada kişilər orta hesabla 81 il ömür sürürlər ki, bu da dünyada ən yüksək göstərici sayılır. Sonrakı yerləri 80 il orta ömürlə Avstraliya, Honqkonq, İsrail, İtaliya, Malta, San Marino, Sinqapur və İsveç tutur. Türkiyədə orta ömür qadınlar arasında 78, kişilər arasında 71 ildir. Ən çox yaşlı insanların olduğu ölkə Yaponiyadadır. Bu ölkədə hər dörd nəfərdən biri 65 və daha yuxarı yaşdadır. Almaniya və İtaliyada yaşı 65 və daha yuxarı olan insanlar əhalinin hər yüz nəfərindən 21-ni təşkil edir. Bolqarıstan, Portuqaliya, İsveç və Yunanıstanda bu göstərici yüzdə 19, Finlandiya, Avstriya, Belçika, Estoniya və İspaniyada isə yüzdə 18-dir. Çində hər yüz nəfərdən 9-nun yaşı 65 və daha yuxarıdır. Hindistanda hər yüz nəfərdən cəmi 5-i 65 il və bundan yuxarı ömür sürür[2].Araşdırmalar nəticəsində dünyanın ən uzunömürlü insanının 253 il yaşadığı məlumdur.
101–110 yaş
1. Nemətulla Vəli( 1330, Hələb, Suriya – ö. 1431) — 101 yaş
2. Leni Rifenştal( 22 avqust, 1902, Berlin, Almaniya – ö. 8 sentyabr, 2003, Almaniya) — 101 yaş
3. Sergey Sokolov( 1 iyul, 1911, Ukrayna – ö. 31 avqust, 2012, Moskva) — 101 yaş
4. Hacı Zeynalabdin Tağıyev(d. 25 yanvar 1823. Azərbaycan--- ö. 1 sentyabr 1924--- 101 yaş
5. Yekatrina Borisovna Serebryakova (1913–2014, Paris) — 101 yaş
6. Rixard Rudolf (1912–31 yanvar, 2014) — 102 yaş
7. Ran Ran Şou( 23 noyabr, 1907, Tsin imperiyası – ö. 7 yanvar, 2014, Honkonq, Çin) — 106 yaş
8. Har Krişan(1556–1664) — 107 yaş
9. Alisa Hers-Sommer(d. 26 noyabr 1903 — ö. 2014 23 fevral) — 110 yaş
111–120 yaş
1.Aleksandr İmiç( 4 fevral 1903, Polşa — ö. 8 iyun 2014, ABŞ) — 111 yaş
2. Sakari Momoi(d. 1903 — ö. 2015) — 112 yaş
3. Siqetiyo İzumi( 29 iyul, 1865 — ö. 21 fevral, 1986) — 120 il 237 gün
4. Carrie C.White (18 noyabr, 1874 — ö. 14 fevral, 1991) — 116 il 88 gün
5. Lusi Hanna( 16 iyul, 1875 — ö. 21 mart, 1993) — 117 il 248 gün
6. Tane Ikai (18 yanvar, 1879 — ö. 12 iyul, 1995) — 116 il 175 gün
7. Marie-Louise Meilleur (29 avqust, 1880 — ö. 16 aprel, 1998) — 117 il 230 gün
8. Sara Knauss( 24 sentyabr, 1880 — ö. 30 dekabr, 1999) — 119 il 97 gün
9. Sant Kaur Bayva (1882, Pakistan — ö. 25 iyul, 2013, London) — 115 yaş 199 gün
10. Kristian Mortensen ( 1883 — ö. 1998, Danimarka) — 115 yaş (252 gün)
11. Kamato Hongo (16 sentyabr, 1887 — ö.31 oktyabr, 2003) — 116 il 45 gün
12. Maria Esther Heredia da Capovilla (14 sentyabr, 1889 — ö.27 avqust, 2006) — 116 il 347 gün
13. Elizabeth Boldan (15 avqust, 1890 — ö.11 dekabr, 2006) — 116 il 118 gün
14. Bisse Kuper ( 26 avqust 1896 — ö.5 dekabr, 2012, Corciya) — 116 yaş 100 gün
121–130 yaş
1. Jeanne Calment (21 fevral, 1875 — ö. 4 avqust, 1997) — 122 il 164 gün
131–140 yaş
1. Sərhət İbrahim qızı Rəşidova (1875, Rusiya imperiyası — ö. 16 yanvar, 2007, Dağıstan, Rusiya) — 131 yaş
2. Antisa Xviçava (8 iyul, 1880, Rusiya imperiyası — ö. 8 oktyabr, 2012, Gürcüstan) — 132 yaş
141–150 yaş
1. Yaqub peyğəmbər( – ö. Misir) — 147 yaş
151–180 yaş
1. Tomas Parr ( – ö. İngiltərə) — 152 il
2. Zaro Ağa (1774, Bitlis, Mutki, Meydan — ö. 29 iyun, 1934, İstanbul) — 157 il
3. Şirali Müslümov(d. 1805, kaçar hanedanı — ö. 1973, Azerbaycan SSC)
181–190 yaş
1. Ksartel ( — ö. 1724, Macarıstan) — 185 yaş
256 yaş
1. Çi Lunq Yue(d. 26 avqust,1677- ö. 22 oktyabr 1933,Çin)--- 256 yaş