Samsung Galaxy S III çıxmamışdan əvvəl də şayələr yayılırdı. Hətta, demək olar ki, bu model haqqında çıxan şayələr, digər modellər barədə olan şayələrdən qat-qat çox idi. İndi Galaxy S IV modelinin çıxışına aylar (hər halda) qalıb. Hər gün demək olar, bu barədə şayələr yayılır və belə getsə, şayələrdə Galaxy S IV, S III modelini keçsin.
Yeni yayılan məlumatda deyilir ki, yayılan şəkil Galaxy S seriyasının davamı olacaq Galaxy S IV modelinin press-reliz şəklidir. Və, tam belə formada model təqdim olunacaq. Dizaynına görə də, Galaxy S III modelinin dizaynına çox oxşayır. Şəkilə nəzər saldıqda, digər seriyalardakı kimi deyil, bunda home düyməsi yoxdur. Misal üçün, Nexus modellərində olduğu kimi olacağı görsənir. Daha sonra, ekranı əvvəlkindən böyükdür və daha incə görsənir.
Xüsusiyyətləri barədə də məlumat var. Deyilənə görə:
Exynos 5450 dördnüvəli prosessor, 2.0 GHz,
Mali-T658 GPU (qrafik sürətləndirici)
2 GB RAM
4.99 SuperAmoled FULL HD ekran (1080 x 1920 piksel)
13 MP arxa kamera
2 MP ön kamera
Android 4.2.1 Jelly Bean ilə işləyəcək.