Google" şirkəti "Chrome" brauzerinin 24-cü sabit versiyasını istifadəyə verib. Əvvəlki versiyalardan fərqli olaraq, "Chrome 24" brauzerində mühüm yenilik yoxdur. Əvəzində kod təmizlənmiş və bir sıra imkanların sabitliyi artırılmışdır.
Məsələn, "Chrome 24" brauzerində "Flash Player", "YouTube", "Omnibox", verilənlərin sinxronlaşdırılması ilə bağlı problemlər aradan qaldırılıb. Bundan başqa, brauzerdə təhlükəsizliklə bağlı 24 yamaq aradan qaldırılıb.