“Apple” şirkəti “iPad” planşetinin 128 qiqabayt daxili yaddaşa malik versiyasını istehsal edəcək. Xatırladaq ki, “Apple”-ın oktyabrın 24-də təqdim etdiyi dördüncü nəsil “iPad” planşetində yaddaşın həcmi 16-dan 64 qiqabayta kimi təşkil edir. Beləliklə, yeni qurğuda yaddaşın həcmi 2 dəfə çox olacaq. “9to5Mac” bloqunun dərc etdiyi informasiyanı digər mənbələr də təsdiqləyir.