Linkedİn peşəkar sosial şəbəkəsinin rüblük göstəriciləri istifadəçi bazasının və şirkətin satış həcminin artması fonunda yüksək olub.
2012-ci ilin dördüncü rübündə şirkətin mədaxili 81 faiz artaraq 303,6 milyon dollar təşkil edib. Şirkətin əməliyyat mənfəəti 1 səhm üçün 35 sent təşkil edib.
Ötən ilin dördüncü rübünün yekununa görə, Linkedİn-in istifadəçi bazası 8 faiz artaraq 202 milyona bərabər olub. Ötən ilin dördüncü rübündə şirkətin xalis mənfəəti 11,5 milyon dollar və ya 1 səhm üçün 10 sent təşkil edib.