Microsoft öz Surface planşetini inkişaf etdirməyə davam edir və Pro versiyasına həsr olunmuş reklam çarxını təqdim edir. Tərzinə görə əvvəlkindən az fərqlənən bu çarxda da eyni hərəkətli rəqslər, eyni firma "çağırışı", lakin yeni çarxda hadisə məktəbin həyətində deyil, statistika şirkətinin ofisində cərayən edir. Əsas qəhrəman dəyişilməz olaraq qalıb. Süjetə əsasən, o planşeti götürür və klaviatura ilə birləşdirərək ərtafdakıları hərəkətə səsyəyir. Bu dəfə Microsoft öz məhsulunun əsas üstünlüklərini təbliğ edir, yəni USB 3.0, qələmin olması və təbii ki, Windows 8 Pro-nun tam versiyasını. Reklam Surface RT-nin birinci videosunun və “Step Up 2: The Streets ” ilə “Step Up 3D” filmlərinin rejissoru Con M. Çu tərəfindən hazırlanıb. İlk dəfə çarx “Grammy” mərasimində nümayiş olunub.