Google şirkəti 2012-ci ildə təqdim edilən Glass əlavə reallıq eynəkləri üçün sınaqçıların müsabiqəsini elan edib. Sınaqçı kimi müsabiqədə iştirak etmək istəyənlər bir sıra tələblərə cavab verməlidirlər. Burada ABŞ ərazisində yaşama, yaşın 17-dən yuxarı olması, eynəyi 1500 dollara almağa hazır olmaq kimi tələblər yer alıb.
İddiaçılara “Mənim eynəyim olsaydı nə edərdim” mövzusunda qısa (50 sözdən çox olmamaqla) hekayə yazmaq təklif olunur və ona foto və ya videoçarx əlavə etmək olar. Hekayə Twitter və ya Google+ sosial şəbəkəsində yerləşdirmək və #ifihadglass heşteqlə müşayiət etmək lazımdır.
Müsabiqədə iştirak üçün ərizələr fevralın 27-dək qəbul edilir. Ən yaxşı hekayələrin müəllifləri ilə Google-un əməkdaşları əlaqə saxlayacaq. Eynəklər müsabiqə iştirakçısına şəxsən təqdim olunmaqla ABŞ-ın 3 şəhərində - Nyu-York, San-Fransisko və Los-Ancelesdə verilir.
Google eynəkləri (eynək adlandırılmasına baxmayaraq, qurğuda optik şüşə yoxdur) miniatür şəffaf ekranla təchiz olunub. Ekranda təsvir edilən informasiya istifadəçinin gördüyü şəkildə real dünyaya ötürülür, buna görə Glass “əlavə reallıq eynəkləri” adlandırılır. Qurğu Android əməliyyat sisteminin idarəetməsi ilə işləyir və internetə çıxış üçün smartfon və ya planşet kompüterdən istifadə edir.
Google sınaqçıların qəbulunun elan edilməsi ilə eyni vaxtda eynəklərin yeni fotoşəkillərini dərc edib və onların imkanlarından bəhs edən videoçarx buraxıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)