Cənubi Koreyanın “Samsung” şirkəti öz yeni “Galaxy S IV” flaqman smartfonunu martın 14-də Nyu-Yorkda keçiriləcək mətbuat konfransında təqdim edəcək.
“Galaxy S III”ü ötən il Londonda təqdim etdik, indi biz amerikalı tədarükçülərin “Galaxy S IV”ün təqdimatının onların ölkəsində keçirilməsinə dair xahişindən sonra yerimizi dəyişirik”, - deyə jurnalistlərə şirkət nümayəndələri bildiriblər. Yeni smartfon modeli dördnüvəli prosessor ilə təchiz olunacaq. Həmçinin, yeni qurğu əvvəlkilərə nisbətən daha yüksək icazəli ekran imkanlarına malik olacaq.