"ZTE" şirkəti Barselonada işə başlamış sərgiyə "Firefox OS" əməliyyat sistemi ilə işləyən ilk ticari "ağıllı" telefonu gətirib.

Qurğu "Open" adlandırılıb və 2013-cü ilin yayında satışa çıxarılacaq. Jurnalistlərin sözlərinə görə, model hələ ki funksionallığına görə "ağıllı" telefonu deyil, birinci nəsil "iPhone"-u xatırladır. "ZTE Open" cihazı 480×320 piksel təsvir ölçüsünə malik 3,5 düymlü ekran, birnüvəli "Qualcomm MSM7225A" çipi, 256 MB əməli yaddaş və 512 MB daxili yaddaş, 3,2 meqapiksel təsvir ölçüsünə malik kamera, həmçinin 1200 milliamper/saat tutumuna malik akkumulyator təchiz edilib. Həmçinin "Wi-Fi", "Bluetooth" və "GPS" modulları mövcuddur.

Məlumat üçün bildirək ki, "Mozilla" şirkətinin brauzer əməliyyat sistemi "HTML5", "JavaScript" və "CSS3" texnologiyalarından istifadə nəticəsində hazırlanıb. Platforma veb-tətbiqlərlə işləmək üçün nəzərdə tutulub.