2013 Mobil Dünya Konqresi ya da digər bir adı ilə desək, “2013 Mobile World Congress” (MWC) bu il də İspaniyanın Barselona şəhərində təşkil olunan və bütün mobil texnologiya nəhənglərindən mətbuat və texnologiya maraqlıları ilə görüşdü. 25-28 Fevral tarixləri arasında keçirilən Mobil Dünya Konqresi, onlarla istehsalçının təqdim etdiyi yeni məhsullara ev sahibliyi etdi və daha bir Mobile World Congress tədbiri başa çatdı. Biz əvvəlki illərdə olduğu kimi, bu il müxtəlif cihazların buraxılışını müşahidə etməsəkdə, bəzi “favorite”-lər ilə rastlaşdıq.
LG bir neçə telefon buraxmışdır, “HTC One” ilk ictimai çıxışını etmişdir və Firefox OS yeni platformaya bir neçə müxtəlif telefon “maker”-dən əlavələr ilə giriş edib. Simsiz rabitə tərəfindən isə, biz ən böyük NFC festivalının şahidi olduq. Beləliklə, biz 2013 Mobil Dünya Konqresindən ən son yenilikləri və xəbərləri nəzərinizə çatdırırıq.

Ən yaxşı smartfonlar: LG Optimus G PRO
Koreyanın “LG” şirkəti Barselonada (İspaniya) keçirilən “Mobile World Congress” sərgisində dünyanın ən kiçik simsiz enerjidoldurma qurğusunu təqdim edib. “WCP-300” adlanan qurğu “Qi” standartını dəstəkləyən aparatlarda işləyir. Adı çəkilən standartı, məsələn “LG Optimus G Pro”, “Vu II” və “LTE II”, həmçinin “Nexus 4” aparatları dəstəkləyir. Simsiz enerjidoldurma qurğusunun diametri 7 santimetrdir.

Ən yaxşı planşet: Sony Xperia TABLET Z
"Sony" şirkəti Barselonada işinə başlamış "MWC 2013" sərgisində "Xperia Tablet Z" planşetini təqdim edib. Onun qalınlığı 6,9 millimetr və ekranının diaqonalı 10,1 düym təşkil edir. Bundan başqa, "Xperia Tablet Z" planşeti su keçirmir: 30 dəqiqə ərzində 1 metr dərinlikli suda qala bilər. Həmçinin istehsalçı iddia edir ki, o, dünyanın ən nazik planşetidir.
Hermetik korpusa malik planşet 1.5 QHs takt tezlikli "Qualcomm Snapdragon S4 Pro" prosessoru, 2 Qb əməli yaddaş, həmçinin 16 və ya 32 Qb daxili yaddaşla təchiz olunub.
O, "Android 4.1" Jelly Bean mobil əməliyyat sistemi ilə işləyir. Planşetin çəkisi 495 qramdır. Arxa hissədə 8 meqapiksel və ön tərəfdə isə 2 meqapiksel təsvir ölçüsünə malik iki kameraya malikdir.

Ən yaxşı qurğu dizaynı: HTC ONE
HTC yeni flaqman smartfonu olan – “HTC One” (o həm də HTC M7adı ilə tanınır) təqdim etdi. Dünyanın ən öndə olan mobil telefon istehsalçılarından biri olan HTC, Dünya Mobil Konqresi sərgisində nümayış etdirdiyi “HTC One” telefonunu təqdim edib.
4 megapiksel daxili kameraya malik və HTC-in ən yüksək səviyyəli telefonu olma xüsusiyyətini daşıyan “HTC One”-da xüsusi bir kamera texnologiyasından istifadə olunur. Ətrafın işıq səviyyəsi sensoru, 4,7 dyumluq Full HD ekran, piksel sıxlığı 468 ppi, ölçü 1080×1920, Prosessor Qualcomm Snapdragon 600, dörd nüvəli, 1,7 Ghz, əməliyyat sistemi Android HTC Sense, GPS, rəqəmsal kompas, 3,5-mm audio çıxış və s. telefonun əsas xüsusiyyətləridir.
Ultrapiksel adlı bu texnologiya sayəsində daxili kamera 4 megapiksel olmağına baxmayraq, 13 meqapikselli bir kameranın çəkdiyi örüntüntüləri eyni keyfiyyətdə tuta bilir. Bunun səbəbi isə, HTC One-nin kamerasının işığı daha yaxşı tuta bilməsi və beləliklə də yaxşı nəticələr əldə edə bilməsidir. Qurğu 4 megapiksel kamerasıyla 2688x1520 piksel dəqiqliyində görüntü ala bilir.



Ən yaxşı innovasiya: SAMSUNGS PAPER PRESS INVITE
"Samsung" şirkəti fevralın 24-də rəsmi olaraq 8 düymlü "Galaxy Note 8.0" planşetini təqdim edib. Planşet fevralın 25-də Barselona şəhərində başlayacaq "Mobile World Congress" sərgisində nümayiş etdiriləcək.
Qurğu 1,6 QHs takt tezlikli dördnüvəli "Cortex-A9" prosessoru, 2 QB əməli yaddaş və 16-dan 32 qiqabayta qədər daxili yaddaşla (həmçinin "microSD" yaddaş kartları üçün slot mövcuddur) təchiz olunub.
Planşetin ekranının təsvir ölçüsü 1280x800 nöqtə təşkil edir. "Galaxy Note 8.0" planşetinin çəkisi 338 qramdır və "Android 4.1.2" əməliyyat sistemi ilə işləyir. Planşetin özəlliyi ondan ibarətdir ki, onu telefon kimi istifadə etmək olar. Qurğunun 2013-cü ilin aprel-iyun aylarında satışa çıxarılacağı gözlənilir.
Hər kəs MWC-də digər Galaxy smartfonlarını da görmək istəməsinə baxmayaraq, görünür Samsung öz yeniliklərini növbəti tədbirə saxlayıb. Samsung mediaya tipik bir dəvətnamədən də çox orijinal kağız dəvəti və kart təqdim edib. Bu qurğu növünün Samsung-a uğur gətirməsini ümid edirik.
Tədbirdə həmçin digər məşhur şirkətlər də öz texnoloji yenilklərini təqdim ediblər. Aşağıda “2013 Mobile World Congress”-də bəzi yeniliklərlə tanış ola bilərsiniz.


E-ink şirkəti - Bir həftə müddətində avtonom işləyə bilən smartfon
İspaniyanın Barselona şəhərində keçirilən “Mobile World Congress” sərgisində “E-ink” şirkəti monoxrom (ağ-qara) ekranla təchiz edilmiş “Android”-smartfonların ilk sınaq nümunələrini nümayiş etdirib. “E-ink” şirkəti “MWC” sərgisində iki prototip (birincisi, “3G” şəbəkələrə qoşulub, digəri isə “EDGE” texnologiyası üzrə işləyir) təqdim edib.
Hər iki “ağıllı” telefon 1 QHs takt tezlikli “Qualcomm” prosessoru ilə təchiz edilib, çəkiləri isə təxminən 80 qramdır və bir həftə müddətində avtonom rejimdə işləyə bilərlər.
Hər iki cihaza “Android 2.3” versiyası quraşdırılıb. İstifadəsi ağ-qara ekranda rahat olan tətbiqlərə üstünlük verilib. Bu cür telefonlarda oyunlar oynamaq və filmlərə baxmaq mümkün deyil.
Nümayiş etdirilmiş prototiplərin ekranları sensor jestlərini dəstəkləyir, lakin toxunuşlara o qədər həssas deyillər və bəzən şəklin yenilənməsi zamanı ləngimə olur. Monoxrom “Android”-smartfonların satışına bu ilə başlanıla bilər.

“ZTE” şirkəti “Firefox” əməliyyat sistemi ilə işləyən ilk “ağıllı” telefonu
Həmçinin "ZTE" şirkəti Barselona sərgisində "Firefox OS" əməliyyat sistemi ilə işləyən ilk ticari "ağıllı" telefonu gətirib.
Qurğu "Open" adlandırılıb və 2013-cü ilin yayında satışa çıxarılacaq. Jurnalistlərin sözlərinə görə, model hələ ki funksionallığına görə "ağıllı" telefonu deyil, birinci nəsil "iPhone"-u xatırladır. "ZTE Open" cihazı 480×320 piksel təsvir ölçüsünə malik 3,5 düymlü ekran, birnüvəli "Qualcomm MSM7225A" çipi, 256 MB əməli yaddaş və 512 MB daxili yaddaş, 3,2 meqapiksel təsvir ölçüsünə malik kamera, həmçinin 1200 milliamper/saat tutumuna malik akkumulyator təchiz edilib. Həmçinin "Wi-Fi", "Bluetooth" və "GPS" modulları mövcuddur.
Məlumat üçün bildirək ki, "Mozilla" şirkətinin brauzer əməliyyat sistemi "HTML5", "JavaScript" və "CSS3" texnologiyalarından istifadə nəticəsində hazırlanıb. Platforma veb-tətbiqlərlə işləmək üçün nəzərdə tutulub.

“Huawei”dən “HD” ekrana malik 4,7 düymlü “ağıllı” telefon
"Huawei" korporasiyası "MWC" sərgisinin açılışı ərəfəsində "Ascend P2" "ağıllı" telefonunu təqdim edib. Model 4,7 düymlü "IPS" ekranla təchiz edilib və onun təsvir ölçüsü 1280x720 təşkil edir.
Cihaz 1,5 QHs takt tezlikli dördnüvəli prosessor, 13 meqapiksel təsvir ölçüsünə malik əsas və 1,2 meqapikselli ön kameralar, 1 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz edilib.
"Huawei Ascend P2"-in qalınlığı 8,6 millimetr təşkil edir və "ağıllı" telefon "Android 4.1.2" platforması ilə işləyir. Qurğunun satışı cari ilin yayına planlaşdırılıb.
“GPS” və “Wi-Fi”-ya malik əl ağacı hazırlanıb
Yaponiyanın “Fujitsy” şirkəti İspaniyanın Barselona şəhərində keçirilən “Mobile World Congress 2013” sərgisində daxili peyk naviqatoruna malik qeyri-adi əl ağacı nümayiş etdirib.
“Next Generation Cane” qurğusu yaşlılara evə gedən yolu tapmaqda yardımçı olacaq, bundan başqa, əl ağacı real vaxt rejimində insanın yeri haqqında məlumatları ötürməyə, həmçinin onun bədən hərarətini, nəbzini izləmək bacarığına malikdir. Əl ağacı və onun sahibinin yerləşmə mövqeyinə xüsusi yaradılmış portalda onlayn baxmaq olar, bundan başqa, əl ağacının sahibi təyin edilmiş məsafədən uzaqlaşdıqda sistem elektron poçtla bu barədə xəbərdarlıq edə bilər.
“Fujitsy” şirkətindən verilən məlumata əsasən, yeni həll yaşlı insanlar üçün nəzərdə tutulub. Avropada bu cür əl ağaclarının satışlarına cari ilin iyununda başlanılacaq.

BEST OF THE REST: Tədbiri üçün ən yaxşı məkan
BEST OF THE REST- ən yaxşı istirahət hələ də buradadır. Hərçənd tədbirin qısa müddətdə keçirilməsindən, daha az yeniliklərin tədbirdə çıxış etməsindən və s. haqda narazılıqlar olsa da, bu təbir qeyri-adi bir tədbir olaraq yadda qaldı. Musahibə zamanı redaktorlar burada ən dadlı yeməklərin olduğu, zalların daha da geniş olduğunu bildirmişdilər, həmçinin ASUS şirkətinin nümayəndələrindən biri "Fira"-nın inanılmaz və valehedici məkan olduğu bildirmişdir. 2014-cü ildə görüşənədək.