2013-cü ilin üçüncü rübündə “Google” şirkətinin istifadəyə vermək istədiyi pulsuz xidmət musiqiyə axın rejimində qulaq asmağa imkan verəcək. Yeni xidmət “YouTube”-a əsaslanacaq.

“YouTube”-un yeni funksiyası sayəsində istənilən şəxs musiqiyə axın rejimində pulsuz qulaq asa biləcək. Xidmət pulsuzdur, lakin pleyerin pəncərəsində reklam göstəriləcək. Pullu tarif planına keçməklə reklamdan xilas olmaq və əlavə imkanlar əldə etmək mümkün olacaq.