Google şirkəti 1980-ci illərdə Apple şirkətinin aparıcı marketoloqu Qay Kavasakini işə götürüb.
Kavasaki öz Facebook səhifəsində bildirib ki, o, axtarış nəhənginə məxsus olan Motorola Mobility-də məsləhətçi olub.
Motorola mənə 1998-ci ildəki Apple-ı xatırladır – o yazıb. Kavasaki Motorola şirkətinə dizayn, istifadəçi interfeysi, marketinq və sosial media ilə bağlı məsələlər üzrə məsləhətlər verəcək.
O, həmçinin Google+ sosial şəbəkəsində mobil qurğulara həsr edilmiş cəmiyyətin yaradılması ilə məşğul olacaq.