Yeniliklər Facebook-un əsas fərqi olan və sosial şəbəkənin yarandığı ilk gündən bəri praktiki olaraq dəyişməyən xəbərlər lentinə aiddir. 

Bundan sonra xəbərlər lenti vizual baxımdan daha məqsədyönlü olacaq, mətn blokları fotolarla müqayisədə arxa planda olacaq. İstifadəçi isə onu maraqlandıran kontenti böyüdə biləcək. Sosial şəbəkəyə mobil telefondan qoşulanlar üçün də xəbər lenti daha rahat olacaq. Bundan başqa, istifadəçinin Facebook-a hansı əməliyyat sistemindən daxil olmasına rəğmən, xəbərlər lenti eyni görünəcək.

Daha konkrert olsaq, Facebook-un smartfonlar və planşet kompüterlər üçün hazırlanmış vizual görüntüsü indi bütün istifadəçilər üçün alətə çevriləcək.

Sosial şəbəkə 3 sütunlu formatla 2 sütuna keçir. Səhifənin sol tərəfində qara panel olacaq. Burada əlavələr, "dostlar"ın statuslarının ünvanları, çat və təqvim üçün vasitələr və s. olacaq. Standart xəbər lentindən savayı, istifadəçi alternativ xəbər lentləri də yarada bilər.

Yeniliklər hələ yanvarda, sosial şəbəkənin şəkil və görüntülər əsasında öz axtarış servisini istifadəyə verdiyi vaxtda anons edilmişdi. İstifadəçilər isə yenilikləri birmənalı qarşılamayıblar.

Ekspertlərin fikrincə, Facebook "hər yerdə və hamını qabaqlamaq" istəyində ifrata varır. Məsələn, yeniliklər Tumblr blok-servisinin vizuallaşmasını xatırladır.