"Saatchi & Saatchi Milan" Yapon avtomobil istehsalçısı üçün mini-film hazırladı.



Avropa ictimaiyyəti tezliklə yeni Toyota Auris Hybrid avtomobili ilə tanış olacaq. Bu avtomobili Köhnə Dünya sakinlərinə tanıtmaq üçün "Saatchi & Saatchi Milan" agentliyi özündə TV üçün reklam videoçarxı nəzərdə tutan ümumavropa kampaniyası təqdim etdi.



Hadisə göründüyü kimi dövlət başçısının şəhərin böyük meydanındakı kürsüdən çıxışı ilə baş verir. O, yeni vacib bir qanunun tətbiq edilməsi barədə danışır, yəni indi yalnız bir telefon istifadə etmək, yalnız bir mahnı dinləmək, ev heyvanlarından yalnız bir növ - lamanı saxlamaq olar. Bundan əlavə, yalnız bir model avtomobildən istifadə etmək mümkün olacaq. Lakin bu qayda ilə razılaşmayan bir qəhrəman var.



İtalyan kreativlərinin fikri ilə hazırlanan çarx Barselonada çəkilmişdir. Videoya əlavə olaraq kampaniya çap KİV-lər və internet-bannerlər vasitəsilə genişləndirməyi özündə birləşdirir.