General Motors üzrə Avropa şöbəsinin rəhbərləri "Opel"-in Almaniyanın Bohum şəhərində yerləşən zavodunu 2016-ci ildə bağlamaq barədə qərar qəbul ediblər.

Zavodun bağlanmasına səbəb Avropanın avtomobil sənayesində davam edən böhrandır. Bu zavodda "Opel Zafira" istehsalı dayanan kimi ümumiyyətlə, "Opel" markalı maşınların istehsalına son qoyulacaq. Bohum zavodunda 3000-dən artıq adam çalışır ki, onların bir hissəsi azad olunacaq, digər hissəsini isə saxlamaq mümkün olacaq, çünki 2016-ci ildə konveyerin dayandırılmasından sonra, zavodda avtomobillər üçün ehtiyat hissələrin istehsalı davam edəcək və anbar fəaliyyət göstərəcək.

Bohum zavodunun bağlanması barədə həmkarlar ittifaqları ilə danışıqlar iyun ayından davam edir. "Opel" istehsalat şurasının rəhbəri Rainer Aynenkel bildirmişdir ki, işçilər onların hələ 4 il vaxtları olmasına əsaslanaraq avtomobillərin istehsalının dayandırılmamasi üçün mübarizə aparacaqlar.