Bir çoxları öz həyat və sağlamlıqlarına təhlükə yaratmasına baxmayaraq telefon danışıqlarından imtina etmək istəmirlər. Burada isə avtomobil idarə edən zaman telefon danışıqlarını göstərilir.


Amerika tərtibatçıları sürücülərin sükan arxasında ünsiyyət etməmələri üçün Spirit Drive First App əlavəsini yaratdılar. Əlavənin məqsədi - smartfon sahibiləri sükan arxasında olarkən daxil olan zənglər və SMS-ləri "söndürmək"-dir.
Leo Burnett agentliyi əlavəni təbliğ etmək üçün video çarx hazırlamışdır. Çarx insanların smartfon və danışıqlar vasitəsi ilə necə yayındıqlarını nümayiş etdirir. Kreatorlar telefon danışıqlarını çoxlu sayda hərf və ifadələrdən təşkil edilmiş şəkildə təqdim etdilər.
Buna oxşar üsul "avtomobildə danışıq və yazışmaların təhlükəsi" mövzusuna həsr olunmuş digər sosial çarxda istifadə olunmuşdur. Clemenger BBDO Adelaide agentliyi çarxda SMS-mesajların, xəttin digər tərəfində olan rəfiqənin və Twitter logotipinin işarəsinin avtomobildə sürücülərə mane olmalarını real olaraq göstərdi.


Yaratıcı komanda:


Agency: Leo Burnett
Executive Creative Director - Mike Boychuk
Creative Director - Chris Cole/Mark Wegwerth