ABŞ-ın Apple korporasiyası iPhone smartfonlarının yeni modeli olan iPhone 5S-i artıq hazırlayıb.
DigiTimes məlumat verir ki, iPhone 5S-də daha güclü prosessor, daha keyfiyyətli kamera olacaq. iPhone 5S sələfi iPhone 5-in bir qədər təkmilləşdirilmiş forması olacaq.
Yeni smartfonun rəsmi təqdimatı payızda keçiriləcək. Daha doğrusu, yeni smartfonun sentyabrda satışa çıxarılacağı gözlənilir.
Apple korporasiyası bu ilin sonunadək 45 milyon, 2014-cü ilin ilk rübündə isə 30 milyon iPhone 5S satmaq niyyətindədir.
