"IDC" analitik şirkəti internetə qoşulmuş qurğuların bazarı üzrə proqnoz verib. Proqnoz masaüstü və yığcam kompüter, planşet, həmçinin smartfon seqmentini əhatə edir.


 
Şirkətin qiymətləndirməsinə görə, 2012-ci ildə dünyada təxminən 1,2 milyard "ağıllı" qurğu satılıb. 2011-ci illə müqayisədə artım 29,1% olub. "IDC" hesab edir ki, 2014-cü ildə internetə qoşulmuş "ağıllı" qurğulara tələbat 1.6 milyard, 2016-2017-ci illərdə isə 2 milyardı ötəcək.
 
2012-ci ildə tədarük edilmiş "ağıllı" qurğuların sayına görə Samsung şirkəti lider olub. Sonrakı yerlərdə Apple (18.2%) və Lenova şirkətləri qərarlaşıb.