Rüfət Hacıəlibəyov Microsoft Azerbaijan şirkətinin baş meneceri vəzifəsinə təyin edilib.
Əvvəllər o, Hewlett-Packard şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb və korporativ seqmentin inkişafı daxil olmaqla, HP-nin respublikada ümumi biznesinə məsuliyyət daşıyıb.
R. Hacıəlibəyov yeni vəzifəsinin icrasına 2012-ci ilin 23 yanvarından başlayacaq.