FacebookHTC şirkəti, özünün ilk Android smartfonu – HTC First modelini rəsmən təqdim etdi. HTC First ilk Facebook telefonudur.
 


Facebook, HTC First ilə yanaşı, Facebook Home təqdim etdi. Bu, nə bir əməliyyat sistemi, nə də bir tətbiqdir. Facebook Home-u, "launcher" olaraq söyləmək olar. Facebook Home ilə, mobil cihazınız ilə davamlı olaraq, sosial şəbəkəyə bağlı olacaq.


 


Yeni məhsul üçün Facebook saytında istifadəçiləri “Welcome Home” sözləri ilə qarşılayan səhifə həsr olunub. İndi Facebook - istifadəçilərin cihazlarda gördükləri ilk şey olacaq. Ekranın kilid ekranı, ən əsas funksiyalardandır. Kilid ekranda məzmun, fon rejimində yüklənir. Elə ana ekranda, ekran kilidi ilə bağlıdır. Burada, divar kağızlarının yerinə dostlarınızın şəkillərini, statuslarını və digər paylaşımları görə biləcəksiniz. Əlbəttə ki, şəkilləri iki kliklə bəyənə, həm də paylaşımlara şərh yaza bilərsiniz. Sizin profil şəkliniz, ekranın aşağı hissəsində daim olacaq.


 


Bu xüsusiyyət sayəsində hər hansı başqa bir tətbiqi istifadə edərkən belə Facebook yoldaşlarınız ilə chatlaşma imkanınız olur. Yəni, sizə yazılan bütün məktublar, ekran kilidinə və ya ana ekrana çıxacaq. Chat Heads, Facebook Messenger və SMS-lə işləyəcək. Ümumi götürdükdə, Facebook, ikinci Messenger tətbiqini təqdim etdi, deyə bilərik.


 


Həm də nəzərinizə çatdıraq ki, Facebook Home, Ice Cream Sandwich və Jelly Bean versiyalarında işləyən cihazlarda işləyəcək. Aşağı versiyalarda işləyən cihazlarda isə işləməyəcək. Daha sonra, nəzərinizə çatdırım ki, Facebook Home, ilkin olaraq smartphone’larda çalışır. Planşetlərdə isə, bir neçə aydan sonra çıxması gözlənilir.


 


Qeyd edək ki, HTC First 12 aprel tarixindən ABŞ-ın AT&T operatoru ilə, Avropada isə Orange və EE operatoru ilə satışa çıxacaq. Müqavilə ilə 99.99 $ (iki illik), müqaviləsiz isə 449.99 $ satılmağa başlayacaq. Elə təqdim olunduğu gündən, artıq ön sifariş başlamışdır. Avropada, geniş şəkildə nə zaman və hansı qiymətə satışa çıxması bilinmir. HTC Home da 12 aprel tarixindən Google Play-dən yükləmək imkanı olacaq. Amma, ilk olaraq bütün modellər üçün yükləmək mümkün olmayacaq. İlkin olaraq, HTC One, One X, Samsung Galaxy S III, Galaxy S IV və Galaxy Note II modelləri yükləyə biləcək. Facebook Home-un digər hansı modellərə və nə zaman gəlməsi bilinmir. Amma, deyilənə görə, sonralar digər Snapdragon prosessorlu modellər də Facebook Home quraşdıra biləcək. Zamanla, Facebook şirkətinin partnyorlarının sayı da artacaq - HTC, Samsung-dan başqa, Sony, ZTE, Lenovo, Alcatel, Huawei, Qualcomm öz gələcək cihazlarında Facebook Home olacaq.


 


HTC First



  


Facebook Home