Finlandiyanın Nokia şirkəti Şanxaydakı dünyanın ən böyük mağazasını bağlayıb.
Şirkət nümayəndələri bildiriblər ki, mağaza xərclərin azaldılması çərçivəsində bağlanıb. Bununla belə, bu addım Finlandiya istehsalçısının Çin bazarından getməsi anlamına gəlmir, çünki Nokia smartfonlarının satışı gələcəkdə vasitəçilər və ya şirkətin saytı ilə həyata keçiriləcək.
Şirkət 2012-ci ildə bazarda xeyli payının itirilməsi fonunda xərclərin azaldılması üzrə sərt proqram hazırlayıb. Məsələn, finlandiyalılar 10 min iş yerini ixtisar etmək və Espoo şəhərində yerləşən mənzil-qərargahın satılması ilə bağlı qərar qəbul ediblər. Bundan başqa, şirkət səhmdarlara 1989-cu ildən aldıqları dividentlərdən imtina etməyi təklif edib. Həmçinin dünya üzrə mağazalar şəbəkəsinin sayı kəskin şəkildə azaldılıb.