Twitter mikrobloqlar servisi istifadəçinin abunəçi siyahısı əsasında musiqi təqdim edən Twitter#music musiqi servisini istifadəyə verib.


 


 


 


 


 




 


Proqramın interfeysi “Populyar”, “Populyarlaşmaqda olan”, “Tövsiyə olunan”“Hazırda səsləndirilən” kimi dörd tab-vərəqəni nəzərdə tutur. Onların ilk ikisi Twitter-in istifadəçiləri tərəfindən hansı musiqi və ifaçıların tez-tez sadalandığını göstərir. “Tövsiyə olunan” tab-vərəqəsi istifadəçinin dostlarının və Twitter-də oxuduğu müğənnilərin dinlədikləri musiqini tövsiyə edir. “Hazırda səsləndirilən” bölmə dostlar tərəfindən #NowPlaying heşteqi ilə yerləşdirilən musiqiləri nümayiş etdirir.


 



 


Twitter #music iTunes, Rdio və Spotify musiqi servisləri ilə inteqrasiya edilib.


 


Əlavədən hələlik yalnız iOS əməliyyat sistemi əsasında işləyən qurğular və music.twitter.com saytından veb-versiya şəklində yararlanmaq mümkündür.


 


Twitter #music servisi şirkətin bir neçə müddət əvvəl satın aldığı We Are Hunted musiqi portalı əsasında hazırlanıb.