“Samsung” şirkəti qadcetlərin istifadəçidən heç bir fiziki səy tələb etməyən yeni idarəolunma interfeysi üzərində işləyir. 


 
Sistemin işi beyin fəallığının analizinə əsaslanır. Belə güman edilir ki, istifadəçi fikrin gücü ilə proqramları işə salacaq, menyu bəndləri üzrə keçid edərək lazımi faylları seçəcək. 
 
Sistemin prototipi Galaxy Note 10.1 planşetində sınaqdan keçirilir. Fikir kompüterini idarə etmək üçün elektroensefaloqrammanı oxuyan xüsusi elektrodlu “papaq” tətbiq edilir. Bu və ya digər komandanı verərkən, diqqəti tipik tezliklə yanıb-sönən piktoqramda cəmləşdirmək lazımdır. 
 
Fərz olunur ki, gələcəkdə yeni interfeys müxtəlif fiziki qüsurlu insanlara planşet və ya smartfonlar vasitəsilə dünyayla qarşılıqlı münasibətdə olmağa imkan verə bilər. 
 
Sistemin təkmilləşdirilməsinə ehtiyac var. Tədqiqatçıların əsas hədəfi komandaların tanınmasının lazımi dəqiqliyini təmin etmək, həmçinin istifadə rahatlığını artırmaqdır.