Natali Portman ilə keçirilən kampaniya LOreal rəqibləri tərəfindən tənqidə məruz qaldı. Məşhur aktrisa Natali Portman-ın şəkilləri Britaniyanın məşhur jurnallarından birində dərc olundu və Dior tuşlarının "tutarlı həcmi" "multieffekti" təmin etməklə müşayiət olunurdu. Sözügedən şəkil Dior şirkətinin rəqiblərindən biri olan fransız şirkəti LOreal tərəfindən bəyənilmədi və LOreal Britaniya komitəsinə şikayətlə reklam standartları ilə bağlı müraciət etdi. LOreal-ın fikrincə, Portman-la şirkət reklam olunan tuşun imkanlarını açıq-aydın şişirdir.


Standartlar üzrə komitə materialları öyrənərək, belə bir nəticəyə gəldi ki, Christian Dior reklamı həqiqətən lazımsızdır: kompüter qrafiki və rəqəmli texnologiyalar sayəsində Natali Portman-ın kirpikləri vizual olaraq daha sıx və uzun şəkildə nümayiş olunsada, bu effektə tuşdan istifadə edərək müvəffəq olmaq mümkün deyil.
Reklam standartları üzrə komitənin nümayəndəsi bildirir ki, "kirpiklər qeyri-təbii görünür. Bu illüziya alıcıları yanlış fikirə aparır, təqdim olunmuş kosmetikanı ideallaşdırır və kirpiklərin həqiqətəndə Photoshop-dan istifadə edərək bir qədər artırıldığı təsdiqləndi".
Qayda pozuntuları isə yalnız Dior şirkəti tərəfindən qeyd edilməmişdi. LOreal şirkəti tərəfindən hazırlanan şəkillərdə də bu cür "mübaliğə" qeydə alınmışdır. Belə ki, son illərdə "Julia Roberts", "Penelope Cruz", "Christy Turlington" "Rachel Weisz" ilə çəkilən reklam şirkətləri qadağa altına düşmüşdür.
Yerli liberal partiyasının deputatı "Co Suinson" qeyd etdi ki, aktrisa "Reyçel Vays" da LOreal markasının siması seçilmişdi, lakin şirkət kremin anti-aging reklamını KİV-dən götürmək məcburiyyətində qaldı, beləki aktirsanın şəkli kompüterdə düzəlişdən və kremdən istifadədən sonra aktrisanın dərisini həqiqətdə olduğundan daha da hamar göstərirdi. Reklam standartları üzrə komitə deputatın fikirləri ilə razılaşaraq, sözü gedən reklamın buraxılışa qadağa qoydu.