Sevgilinizdən ayrı əylənəcəyiniz gecəni bu tətbiq vasitəsilə planlayın. Budweiser yenə də maraqlı mobil tətbiqlərinə yeni bir tətbiq əlavə etdi. Yenə əyləncə həyatına fokuslanan tətbiq, əvvəlki tətbiqlərdən fərqli olaraq bu dəfə sevgililərin arasını vurmaq potensialı daşıyır.


Hər aslanın arada bir də olsa qəfəsindən xilas olaraq adına "gecə" dediyimiz meşəyə dalmasını lazım olduğunu düşünən Budweiser, "Safe Hangout" adlı tətbiqi ilə istifadəçilərinə yalnız yoldaşlarının və sevgililərinin deyil, onların dostlarının da gözlərindən uzaq bir gecəni sigortalıyır.
Markanın mobil tətbiqi ilk öncə sizdən Facebook hesabınızı əlaqələndirmənizi, sonra isə, sevgilinizin ən yaxın dostlarını işarələmənizi istəyir. Daha sonra tətbiq seçdiyiniz siyahıdakı şəxslərin "check-in"ləri, qatılacaqlarını qeyd etdikləri fəaliyyət dəvətnamələri, istifadə etdikləri hashtaglar və "tag" olunmuş fotoşəkil kimi məlumatları əldə edərək, həmin gecə heç kəsin olmayacağı əyləncə mərkəzlərini təyin edir və sizi oraya istiqamətləndirir.
Beləliklə istifadəçilər gecəyə saxladıqları dəcəllikləri gündüz xatırlanmayacağını bilərək, qorxusuzca "ovlanmanın" kefini çıxarırlar.
Advertising School: Miami Ad School, São Paulo, Brazil
Orientation: Dogura Kozonoe
Art Director: André Rival
Copywriters: Heloísa Ribeiro, Yuri Sampaio