“Yahoo!” şirkəti yenilənmiş “Flikr” fotohostinqini anons edib. Yeni “Flickr” – 21-ci əsrə müvafiq olan həldir, yeni dizaynlı, kommersiya istifadəsi üçün yeni qiymətli və smartfonlar və planşetlər vasitəsilə işləmək üçün nəzərdə tutulmuş yeni “Android”-əlavəyə malikdir.

Yenilənmiş “Flikr”də, foto kataloqlarının icmalı üçün nəzərdə tutulmuş, “Explore” rejimi var. Şirkətdən bildiriblər ki, “Flickr” ilk növbədə - fotomübadilə üçün saytdır, buna görə də hər şey bu ideyaya tabe olmalıdır. “Yahoo!”-nun yeni versiyasında kolleksiyaların icmalı və onların çeşidlərə ayrılması imkanları əlavə edilib.

Bununla yanaşı, şirkət öncəkilərlə layihənin iş modelinin müqayisəedilməz yeni qiymət modelini təqdim edib. Köhnə modeldə iki istiqamət olub: pulsuz və Pro. Birincisi, cüzi 300 meqabayt və ayda iki video ilə məhdudlaşdırılmışdır. İldə cəmi 25 dollara ayda qeyri-məhdud sayda foto və video əldə etmək olar, həmçinin reklamsız iş imkanı.

Yeni versiyada pulsuz akkauntlar xeyli liberaldırlar: burada istifadəçilər 1 Tbite məkan və qeyri-məhdud sayda foto və video alırlar. Bununla yanaşı, “Yahoo!” şirkəti “Flickr” üçün yeni “Android”- əlavə versiyasını təqdim edib.