Təmizlik və təmirdə peşəkar xidmət –adın və loqotipin yaradılmasında Maxmedia Creative Communications agentliyi qarşısında qoyulmuş başlıca hədəf məhz bu idi.
Hər iki xidmət növü öz əksini vahid ad və loqotip kompozisiyasında tapmalı, şirkətin fəaliyyət göstərdiyisahədə peşəkar olduğunu vurğulamalı, sadə və yaddaqalan olmalı idi. Nəticədə Maxmedia-nın təklif etdiyi variantlar sırasından SAHMAN versiyası seçildi. Hazırda Agentliyin yaradıcı komandası brenddən istifadə qaydaları toplusu üzərində işi tamamlamaq üzrədir.


.jpg)