Neptun supermarketlər şəbəkəsi 10 illiyi münasibətilə “NEPTUN - 10 İL XİDMƏTİNİZDƏ” aksiyasını keçirir.
Aksiyada iştirakçılar etdikləri hər 19 AZN məbləğində alış-verişə 1 ədəd uduşlu kart əldə edəcək. Bütün kartlar uduşludur!
Müştəri hər supermarketdə quraşdırılmış promo-standa yaxınlaşaraq, alış-veriş məbləğinə uyğun sayda uduşlu kartı alış-veriş çeki ilə birlikdə aksiya təmsilçisinə təqdim edir. Daha sonra, müvafiq müştəri anketi doldurduqdan sonra, müştəri anındaca minlərlə hədiyyələrdən birinə sahib olur. Daha çox alış-veriş, daha çox hədiyyə qazanmaq şansıdır.
İştirakçılar 10-larla Grundig LCD televizoruna və noutbukuna, Blomberg paltaryuyan və Beko qabyuyan maşınına, 100-lərlə kiçik ev alətlərinə və 1000-lərlə müxtəlif hədiyyələrə sahib olacaqlar.
Aksiya 31 may 2013-cü il tarixinədək aktivdir.
