Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti 21 may 2013-cü il tarixindən etibarən bütün yeni və cari CİN abunəçiləri üçün tam yeni bir tarif planını təqdim edir.


 


“Gün boyu 0” adlanan yeni tarif paketi istifadəçilərə səhər saat 08:00-dan axşam saat 18:00-dək Bakcell şəbəkəsi daxilində dəqiqəsi 0 AZN qiyməti ilə limitsiz danışmaq imkanını verir. Gün boyu limitsiz danışmaq üçün gündə sadəcə 0.29 AZN ödəmək lazımdır.


 


Axşam saat 18:00-dan sonra edilən şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 6 qəpik təşkil edəcək. Şəhər nömrələrinə və digər operatorların nömrələrinə edilən zənglərin 1 dəqiqəsinin qiyməti isə günün 24 saatı ərzində 9 qəpik təşkil edəcəkdir.


 


Tarifə qoşulmaq üçün *138#9#YES yığın. Tarif haqqında daha ətraflı məlumat əldə etmək üçün 5509 qısa nömrəsinə zəng etmək və ya pulsuz SMS göndərmək tələb olunur.