Evian rəqs edən körpələrini “Baby & Me” kampaniyası ilə yenidən qarşımıza gətirir. Evian hər kəsin daxilində olan uşağı aşkar etməyə davam edir. Bu dəfə "Baby and Me" çarxından sonra, mineral su istehsalçısı mobil əlavəsini buraxdı. Əvvəlki kampaniyasında “BETC Paris” tərəfindən çəkilən çarxda yetkinlər əks olunan səthlərə baxdıqlarında körpəlik dövrləri ilə qarşılaşmışdılar.
Hal-hazırda çarxın baxış sayı YouTube-da 50 milyon, bütovlükdə isə 100 milyondan çox təşkil edir. Əlavəni iOS və Android telefonlarına yükləyərək Facebook-da yoxlamaq mümkündür.
"BETC Digital" və "B-Reel" tərəfindən hazırlanmış əlavə özünüzü körpə görmək imkanı yaradır. Obrazın realla uyğun gələcəyinə zəmanət verilməsə də, bir çox istifadəçi tərəfindən böyük marağa səbəb olduğu görünür. İstifadəçi fotosunu, dərisinin rəngini və gözlərin formasını müəyyən edir və bir qədər gözlədikdən sonra "daxili" uşaq portreti ilə tanış olur. Hazırlanmış şəkili Facebook, Instagram və Twitter-də #EVIANBABYANDME hashtagnıdan istifadə edərək dostlarla da bölüşmək mümkündür.