Fransanın Havas marketinq şirkəti dünyanın məşhur brendlərinin dəyərini müəyyənləşdirmək məqsədilə istehlakçılar arasında keçirdiyi araşdırmanın nəticələrini açıqlayıb. Tədqiqatın nəticələrinə görə ən əhəmiyyətli marka Google olub. Bundan başqa, ilk beşlikdə Samsung, Microsoft, Sony və Nestle markaları da yer alıb. Apple markası isə yalnız 22-ci yerlə kifayətlənib.
Maraqlıdır ki, BrandZ şirkətinin versiyasına görə ən qiymətli brendlər reytinqinə məhz Apple başçılıq edir. Havas nümayəndələri bunu onunla izah edirlər ki, TOP-100 tərtib olunanda markanın maddi dəyəri nəzərə alınır, fransızlar isə sadə istehlakçıların emosional qiymətləndirmə mülahizələrinə əsaslanır.
Tədqiqat zamanı Havas 23 ölkədə 134 min istifadəçinin rəyini öyrənib.