Burberry Google ilə birgə hazırlandığı onlayn əlavəsini təqdim etdi. Əlavə "Burberry Kisses" adlanır və pərəstişkarlarına dodaqlarının virtual iziylə olan sevgilərini bildirməyə imkan yaradır.
Əlavədən istifadə etmək üçün, Chrome brauzeri vasitəsilə mobil qurğudan və ya adi kompüterdən kisses.burberry.com saytına daxil olaraq, veb-kamera vasitəsilə öpüşünüzü təsvir etmək və virtual dodaq izi qoymaq lazımdır. Daha sonra virtual açıqcada məktubu alacaq şəxsin ünvanını qeyd etmək və məktubu göndərmək lazımdır. Göndərilmə prosesi də olduqca maraqlıdır. Məsələn, əgər siz məktubunuzu Moskvadan Londona göndərirsinizsə, onda məktubun "Kreml" üzərindən "Big Ben"-ə necə uçduğunu görə biləcəksiniz.
Bundan başqa, istifadəçi öz açıqcanısı göndərərək, insanların məktub göndərdikləri yerlərin interaktiv xəritəsinə də giriş əldə edə biləcək.
Bu layihə Google "Art, Copy & Code" təşəbbüsü çərçivəsində, texnologiyalara emosional və insan çalarları vermək məqsədilə yaradılmışdır.


