"Densitron Displays" "Designworks Windsor" ilə birgə British Airways aviaşirkəti sərnişinlərin yükləri üçün "time-saving" elektron nişanlar hazırladı. Əgər siz British Airways ilə uçursunuzsa, kağız parçalarından istifadə etmədən çemodanlarınızdan uçuş haqqında məlumat əldə edə bilərsiniz.



Business Traveller verilən məlumata görə, NFC texnologiyasından istifadə edərək smartfon vasitəsilə oxuna biləcək məlumatlar çemodanlarınıza elektron nişanlar formasında yapışdırılacaq.



Nişanın üzərindən smartfonunuzu keçirərək, sərnişlər reys haqqında bütün lazımlı məlumatları əldə edə bilərlər. Bu icad yalnız kağız parçalarına qənaət etməyəcək, həmçinin uçuşdan əvvəl sərf edəcəyiniz qeydiyyat vaxtına da qənaət etmiş olacaq. Yaxın vaxtlarda şirkət daxilində sözügedən icadın yoxlanmasına başlayanılacaq və bu yenilik sərnişinlər üçün növbəti ildən etibarən əlçatan olacaq.



Frankın BA direktoru "Frank van der Post"-un sözlərinə görə, yeni qurğu bütün dünya aeroportlarında inqilab etmək potensialına malikdir.