"Bathing Ape" küçə geyiminin yapon markası Playboy jurnalı ilə birgə yaradılmış kapsul kolleksiyasını təqdim etdi. Kolleksiyaya futbolkalar, tolstovkalar, kepkalar, şlyapalar və kəpənəklər və s. daxildir. Həmçinin marka xüsusi oyun kartlarını da buraxacaq.
Playboy nişanıyla birləşdirilmiş geyimləri "Bape" markasının loqotipi bəzəyir. Highsnobiety-dən verilən məlumata əsasən, Yaponlar ABŞ-ın dini markalarını çox qiymətləndirirlər və bu səbəbdən də, məşhur lokal və dəbdə olan amerika markasına yapon bazarında tələbat çoxdur.
"Playboy x Bape" kolleksiyası 6 iyul 2013 tarixindən etibarən artıq müştərilərinə əlçatan olacaq. Geyimləri markanın veb-mağazalarından əldə etmək mümkün olacaq.