Yaponiyanın və dünyanın öndə gələn avtomobil istehsalçıları Toyota, Honda, Nissan və Mitsubishi elektrikli avtomobillər üçün enerji yükləmə stansiyaları sahəsində birlikdə işləmək barədə razılaşıblar.



Firmalar ortaq enerji yükləmə modulları üzərində işləyəcək və elektrikli avtomobil bazarında ortaq layihlərdə iştirak edəcəklər.



Avtomobil nəhəngləri hibrid və tam elektrikli avtomobillər üçün qurulan enerji yükləmə stansiyalarının sayını 2014-cü ilin sonunda Yaponiyada iki qat artırmağı, yəni 8 minə çıxarmağı hədəfləyir.